İstehsalat


Zəngin sərvətlərə sahib Azərbaycanda bir çox istehsal və qeyri-istehsal sahələri üzrə potensial biznes fürsətləri mövcuddur.  Əsasən, neft-qaz istiqamətində inkişaf etmiş ölkəmizdə dövlətin dəstəyi ilə qeyri-neft sektorunun dirçəlməsi üçün mütəmadi tədbirlər görülür.
İstehsalat sektorundakı təcrübəmiz müxtəlif sahələr üzrə xidmət göstərdiyimiz müştərilərimiz sayəsində qazanılıb. İstehsalatın idarə olunmasının optimallaşdırılması və müştərilərin qarşılaşdıqları çətinliklərə səmərəli həll yolu təklif etməklə qarşılıqlı inamın təməllərini atırıq.
Tövsiyələrimiz müştərilərimizə istehsal sahələrində yaranan mövcud problemləri həll etməyə, rüblük, illik hədəflərə nail olmağa, bizneslərini növbəti mərhələyə uğurla çatdırmağa imkan yaradır.
Xidmətlərimizə daxildir:
- Kənd təsərrüfatı avadanlıqları;
- Avto komponentlər;
- Kimyəvi and əczaçılıq məhsulları;
- Kompüter və telekommunikasiya avadanlıqları;
- Elektronik və elektrik cihazlar;
- Yemək və içki məhsulları;
- Səhiyyə məhsulları;
- Metal, kağız, ağac və tekstil məhsulları;
- Nəqliyyat avadanlıqları;
- Biznesin planlaşdırılması və inkişafı;
- Audit, mənfəət vergisi and ƏDV;
- Vergi məsləhət xidmətləri;
- Xarici ölkələrdə əmək fəaliyyəti ilə bağlı xidmətlər;
- Dövriyyə kapitalının idarə edilməsi, biznesin inkişafı və maliyyə modelləşdirilməsi.