Qida və içki


Qida sənayesi hər hansı təcridolma nəzərə alınmadan hər kateqoriyadan insana xitab edən sahədir. İnsan ehtiyacları təməlində bioloji faktorların dayanması qida və içki sektorunun davamlı inkişafına şərait yaradır. 

Qida və içki sektoru strateji baxımdan ən avantajlı sahədir və geniş istehsal imkanlarını özündə birləşdirir. İnsanlıq üçün həyati önəm kəsb edən sektorda istehsak həcminin ilbəil artması müşahidə olunur. İmkanları düzgün dəyərləndirməklə sahə üzrə fərqi seqmentlərdə yeni uğurlu biznes sahələri yaratmaq mümkündür. 

Topdan və pərakəndə satış, restoran, kənd təsərrüfatı, istehsalat və s. sahələr üzrə fəaliyyətiniz varsa, və ya həmin sahələrdə yeni biznes yaratmaq fikrindəsinizsə, biz sizə təcrübəli komandamızla inkişaf yolunda bələdçilik etməyə hazırıq. 

Xidmətlərimiz:
- Azərbaycanın kənd təsərrüfatı siyasətinin və subsidiyalarının araşdırılması;
- Əmtəələrin riskdən qorunmasını təmin edən və ya müştəri dövrlərinin dəyişikliyinin təsirində qərarlara yardım üçün biznes planlama;
- Mövsümi bizneslər üçün iş kapitalının idarə edilməsi;
- Nağdla işləyən və bir neçə distribütor məntəqəsindən əməliyyatları həyata keçirən bizneslər üçün daxili nəzarət sisteminin inkişafı üçün məsləhətlər;
- Xarici borclar və kapital fondlarının əldə edilməsi;
- Satınalmalar və satışlar zamanı və ya ictimai təkliflərdə dəstək;
- Biznesə təsir edə biləcək tənzimləmələr və qanunvericilik normativləri haqqında məlumatlandırma;
- Bazarın hazırki və gələcək inkişafının təsirlərinin nəzərə alınması;
- Vergi, ƏDV, audit tələblərinə əsasən müvafiqliyin təmin edilməsi;
- Maliyyə resurslarının optimal idarə edilməsinə nail olunması;
- Hazırki iqtisadi mövsümdə maliyyə sektorunun patnyorlarına ehtiyaclarında dəstək göstərmək;
- Korporativ satınalmalar, satışlar və ya təhvil alınmış bizneslərdə səhmdarların səhm dəyərlərinin yüksəldilməsi;
- Beynəlxalq bazarlara çıxmaq imkanı.