Təbii sərvətlər


İqtisadi inkişafımızın təməl sütunlarından biri zəngin təbii sərvətlərə malik torpaqlarımızdır. Dövlət büdcəsinin əsasını təşkil edən neft və qaz ixracı dünya üzrə tanınmağımızda da əhəmiyyətli rola malikdir. Həmçinin neft sektorundan əldə edilən gəlirlərin bir hissəsi ölkə iqtisadiyyatının hərtərəfli inkişaf üçün sərf edilir.
Yerli və beynəlxalq şirkətlərin fəaliyyət göstərdiyi neft-qaz sektoru əhalini təbii qazla təmin edir, bundan əlavə, neftin çıxarılması, emalı və ixracı  kimi fəaliyyətləri yerinə yetirməklə ölkə gəlirlərinin artırılmasına xidmət edir.

Təbii sərvətlər üzrə xidmətlərimiz:
- Xarici ölkələrdə fəaliyyət göstərən zaman mühasibat və audit tələbləri;
- Enerji, təbii resurslar, yenilənəbilən enerji sektorlarında təcrübə;
- Nizamnamə, vergi və müvafiqlik standartlarındakı əsas məsələlər və dəyişikliklər haqqında xəbərdarlıq;
- Araşdırma mühasibatlığının tələbləri;
- Gəlirlərin bölüşdürülməsi müqavilələri;
- Yerli sərvətlərdən istifadə etməyə görə icarə haqqı auditi və onların müqavilələrinə nəzər yetirilməsi;
- Vergi strategiyası və planlamasının gözdən keçirilməsi;
- Birləşmələr və satınalmalar üçün vergi və maliyyə vəziyyətinin təsbiti;
- Əsas işçilərin və direktorların saxlanılması və mükafatlandırılması ilə bağlı səmərəli vergi planlarının hazırlanması.