Mühasibat xidmətləri
Mühasibat xidmətlərinin tərkib hissəsinə daxil olan mühasibat uçotu müəssisənin,
təşkilatın və başqa təsərrüfat subyektlərinin bütün maliyyə-təsərrüfat fəaliyyətinin
sənədləşdirilməsi, mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması
sistemidir.
Şirkətinizin gələcək
uğurları bizim tərəfimizdən qurulmuş düzgün, effektiv və qanunvericiliyə uyğun
mühasibat uçotu ilə reallaşacaq. Daxili resurslarımız və peşəkarlığımız
mühasibat xidmətlərinə daxil olan bütün fəalliyyətlərdə müştərilərimizin ehtiyaclarını
tam şəkildə qarşılamağa imkan verir.
Xidmətlərimizə daxildir:
-İlkin, cari və müntəzəm
mühasibat uçotu xidmətləri;
-Uçot siyasətinin formalaşdırılması;
-Mühasibat uçotunun müxtəlif
sahələrinin uçotunun aparılması;
-Mühasibat hesabatlarını
tərtibi və yenidən bərpası üzrə mühasibatlıq xidmətləri;
-Müxtəlif maliyyə və
təsərrüfat əməliyyatlarının uçotunun sistematik tərtibi;
-Əməkhaqqı hesablanması;
-İnventarizasiya
keçirilməsinə dəstək xidmətləri.