Audit və əminlik

 

Audit mühasibat uçotunun dəqiq və düzgün aparılması, mühasibat və maliyyə  hesabatlarının düzgün yerinə yetirilməsini təmin edən müstəqil yoxlama prosesidir.

Audit xidmətlərinin əsas məqsədi şirkətin fəaliyyətinin düzgün və əskiksiz yerinə yetirilməsi, bütün hesabatların qüsursuz şəkildə təqdim edilməsinə nəzarət edilməsidir. Şirkətin məqsədini gerçəkləşdirməsi və hədəflərinə çatması şəffaflıq əsas götürülərək aparılmış audit yoxlaması ilə mümkündür.

Biz “Grow Audit” olaraq, ilk növbədə mövcud vəziyyəti qiymətləndirir, hazırki dövrdə qanunvericiliyin tələblərinə cavab verməyən halların aradan qaldırılması üçün tövsiyələrimizi bildiririk. Növbəti mərhələlərdə isə biznesinizin inkişafı və illik hədəflərə çatmaqda peşəkar tövsiyələrimizlə sizə dəstək oluruq.

Xidmətlərimizə daxildir:

- Maliyyə hesabatlarının auditi;

- Maliyyə hesabatlarının nəzərdən keçirilməsi;

- Xüsusi təyinatlı audit;

- Razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə tapşırıqların verilməsi;

- Maliyyə hesabatlarının tərtib edilməsi;

- İnformasiya sistemləri və nəzarət sisteminin təftişi;

- Məhkəmə-mühasibat ekspertizasiyası və tədqiqatları.

 

AUDİT PROSESİ

Biznesin düzgün təşkili üçün əlverişli və effektiv audit xidmətlərinə müraciət edilməlidir. Biz audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaqla bərabər, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul vəsaitlərini bütün əhəmiyyətli aspektlər baxımından nəzərdən keçirir, hesabatların dolğun və dəqiq əks etdirilməsinə zəmin yaradırıq.

Şirkətinizdə risklərin idarə olunması səviyyəsini yoxlamaqla, yarana biləcək hallara qarşı əvvəlcədən tədbir görməyinizə əlverişli şərait yaradırıq.

“Grow Audit” komandası əsas nüanslara diqqət etməklə, yüksək keyfiyyətli audit xidmətləri yerinə yetirir və bu zaman aşağıda gördüyünüz  prosesləri həyata keçirir:

- Riskli sahələrin, təşkilatın kritik əməliyyatlarının müəyyənləşdirilməsi;

- Strukturun təhlili və daxili nizamnamələrə uyğun olaraq şöbədə iş səlahiyyətlərinin bölünməsi;

- İşçilər və şöbə menecerləri ilə müsahibələr, kritik proseslərin və əməliyyatların sənədləşdirilməsi və nəzarət mexanizmlərinin müəyyən edilməsi: spesifik risk nəzarəti, dərin nəzarət və monitorinq nəzarəti, əsas məlumat və sənədlərin dövriyyəsi;

- Yuxarıdakı nəzarət mexanizmlərinin səmərəliliyini və etibarlılığını müəyyən etmək üçün onların yoxlanılması;

- Qeyri sistematik riskin müəyyənləşdirilməsi və əlavə audit proseduralarının zəruriliyi;

- Daxili nəzarət sistemi və risklərin idarə olunmasının təkmilləşdirilməsi üçün tövsiyələr.

Audit xidməti zamanı şirkətinizlə sıx münasibət qurur və potensial problemlər barədə sizə operativ şəkildə məlumat veririk. Nəzərimizə çarpan çatışmazlıq, şübhə doğuran əməliyyat və ya səhv olduqda, dərhal sizə bu barədə məlumat veririk.