Audit və əminlik
Audit mühasibat uçotunun dəqiq
və düzgün aparılması, mühasibat və maliyyə
hesabatlarının düzgün yerinə yetirilməsini təmin edən müstəqil yoxlama
prosesidir.
Audit xidmətlərinin əsas məqsədi
şirkətin fəaliyyətinin düzgün və əskiksiz yerinə yetirilməsi, bütün
hesabatların qüsursuz şəkildə təqdim edilməsinə nəzarət edilməsidir. Şirkətin məqsədini
gerçəkləşdirməsi və hədəflərinə çatması şəffaflıq əsas götürülərək aparılmış
audit yoxlaması ilə mümkündür.
Biz “Grow Audit” olaraq, ilk növbədə mövcud vəziyyəti qiymətləndirir,
hazırki dövrdə qanunvericiliyin tələblərinə cavab verməyən halların aradan
qaldırılması üçün tövsiyələrimizi bildiririk. Növbəti mərhələlərdə isə
biznesinizin inkişafı və illik hədəflərə çatmaqda peşəkar tövsiyələrimizlə sizə
dəstək oluruq.
Xidmətlərimizə
daxildir:
- Maliyyə hesabatlarının auditi;
- Maliyyə hesabatlarının nəzərdən keçirilməsi;
- Xüsusi təyinatlı audit;
- Razılaşdırılmış prosedurların yerinə
yetirilməsi üzrə tapşırıqların verilməsi;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- İnformasiya sistemləri və nəzarət
sisteminin təftişi;
- Məhkəmə-mühasibat ekspertizasiyası və
tədqiqatları.
AUDİT PROSESİ
Biznesin
düzgün təşkili üçün əlverişli və effektiv audit xidmətlərinə müraciət
edilməlidir. Biz audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü
yoxlamaqla bərabər, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul
vəsaitlərini bütün əhəmiyyətli aspektlər baxımından nəzərdən keçirir,
hesabatların dolğun və dəqiq əks etdirilməsinə zəmin yaradırıq.
Şirkətinizdə
risklərin idarə olunması səviyyəsini yoxlamaqla, yarana biləcək hallara qarşı
əvvəlcədən tədbir görməyinizə əlverişli şərait yaradırıq.
“Grow
Audit” komandası əsas nüanslara diqqət etməklə, yüksək keyfiyyətli audit
xidmətləri yerinə yetirir və bu zaman aşağıda gördüyünüz prosesləri həyata keçirir:
- Riskli sahələrin, təşkilatın kritik
əməliyyatlarının müəyyənləşdirilməsi;
- Strukturun təhlili və daxili nizamnamələrə
uyğun olaraq şöbədə iş səlahiyyətlərinin bölünməsi;
- İşçilər və şöbə menecerləri ilə
müsahibələr, kritik proseslərin və əməliyyatların sənədləşdirilməsi və nəzarət
mexanizmlərinin müəyyən edilməsi: spesifik risk nəzarəti, dərin nəzarət və
monitorinq nəzarəti, əsas məlumat və sənədlərin dövriyyəsi;
- Yuxarıdakı nəzarət mexanizmlərinin
səmərəliliyini və etibarlılığını müəyyən etmək üçün onların yoxlanılması;
- Qeyri sistematik riskin müəyyənləşdirilməsi
və əlavə audit proseduralarının zəruriliyi;
- Daxili nəzarət sistemi və risklərin idarə
olunmasının təkmilləşdirilməsi üçün tövsiyələr.
Audit
xidməti zamanı şirkətinizlə sıx münasibət qurur və potensial problemlər barədə
sizə operativ şəkildə məlumat veririk. Nəzərimizə çarpan çatışmazlıq, şübhə
doğuran əməliyyat və ya səhv olduqda, dərhal sizə bu barədə məlumat veririk.