Biznes məsləhətləri xidməti
Hər
sahibkarın məqsədi başladığı biznesdə uğurlu olmaq, yalnız gözləntiləri
qarşılayan və artan gəlirli layihələrə maliyyə vəsaiti ayırmaqdır. Bazarın
tələbatını anlamaq, istehlakçının ehtiyacı olan layihələri müvəffəqiyyətlə
aktiv biznesə çevirməkdə peşəkarlardan konsultasiya almaq ən vacib addımdır.
“Grow Audit”
bir çox uğurlu biznes layihə üçün konsultasiya xidməti göstərmişdir. Dərin
biliyə və təcrübəyə malik komandamız sizə istədiyiniz biznes planlaşdırma
istiqamətində dəstək olmağa hazırdır. Mövcud biznesin inkişaf tempinin
sürətləndirilməsi, maliyyə vəsaitlərinin artırılması üsulları, yeni biznesə
tələbin müəyyən edilməsi və s. formasında davamlı inkişafa dəstək olmaqla, sizi
rəqiblərinizdən bir addım önə aparırıq.
Xidmətlərimizə daxildir:
- İnvestisiya
layihələrinin biznes və maliyyə təhlili;
- Biznes
planlarının hazırlanması və maliyyə modelləşdirilməsi;
- Birləşmə və satın
alma üzrə məsləhət xidməti;
- Şirkətə maliyyə
resurslarının cəlb edilməsi üzrə məsləhət xidmətləri;
- Biznes prosesinin
optimallaşdırılması;
- Korporasiyalarda
maliyyə funksiyasının yaradılması;
- Maliyyə
fəaliyyətinin idarəetmə sisteminin yaradılması;
- Xərclərin
optimallaşdırılması;
- Şirkətlər üçün
işçilərin performans idarə edilməsi sisteminin yaradılması.