Mühasibat xidmətləri


Mühasibat xidmətlərinin tərkib hissəsinə daxil olan mühasibat uçotu müəssisənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin bütün maliyyə-təsərrüfat fəaliyyətinin sənədləşdirilməsi, mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması sistemidir.

Şirkətinizin gələcək uğurları bizim tərəfimizdən qurulmuş düzgün, effektiv və qanunvericiliyə uyğun mühasibat uçotu ilə reallaşacaq. Daxili resurslarımız və peşəkarlığımız mühasibat xidmətlərinə daxil olan bütün fəalliyyətlərdə müştərilərimizin ehtiyaclarını tam şəkildə qarşılamağa imkan verir.

 

Xidmətlərimizə daxildir:

-İlkin, cari və müntəzəm mühasibat uçotu xidmətləri;
-Uçot siyasətinin formalaşdırılması
;

-Mühasibat uçotunun müxtəlif sahələrinin uçotunun aparılması;

-Mühasibat hesabatlarını tərtibi və yenidən bərpası üzrə mühasibatlıq xidmətləri;

-Müxtəlif maliyyə və təsərrüfat əməliyyatlarının uçotunun sistematik tərtibi;

-Əməkhaqqı hesablanması;

-İnventarizasiya keçirilməsinə dəstək xidmətləri.