Vergi Xidmətləri
Biznes
idarəçiləri optimal vergi planlaması və təşkili üçün professional şirkətlərdən
dəstək almaqla dəyişikliklərə uyğunlaşmağa çalışırlar. Bu onları müəyyən xərclərdən
xilas etməkdən əlavə, yaranacaq hər hansı digər anlaşılmaz vəziyyətdə əməkdaşlıq
etdiyi şirkətdən dəstək almaq üstünlüyü də qazandırır.
Tövsiyələrimiz
sayəsində şirkətiniz vergi hesabatlarını qanunvericiliyə uyğun şəkildə təqdim
etməklə bərabər, mümkün vergi güzəştləri və azadolmalardan yararlanmağa da
imkan tapacaq və nəticədə, xərclərinizi minimallaşdıra biləcəksiniz. Vergi
hesabatlarını vaxtından və dolğun şəkildə hazırlamaqla, yarana biləcək cərimələrdən
sizi sığortalanmış oluruq.
Xidmətlərimizə
daxildir:
- Şirkətlər, sahibkarlar, fiziki şəxslər
üçün planlama və optimallaşdırma;
- Yerli və beynəlxalq səviyyədə
vergi və hüquqi dəstəyin göstərilməsi;
- Vergi bəyənnamələrinin
hazırlanması və təqdim edilməsi;
- Vergi auditi;
- Xarici subpodratçılar üçün vergi
uçotu;
- Şirkətinizin hazırki vergi vəziyyətinin
nəzərdən keçirilməsi;
- Fəaliyyətə başlama, yenidənqurma,
ləğv edilmə və ayrılma məsələlərində məsləhət və dəstək xidmətləri;
- Birləşmə və satınalma əməliyyatlarında
vergi və hüquq sahələrində dəstək göstərilməsi;
- Vergi uçotunun
optimallaşdırılması;
- Gəlir vergisi hesabatının
hazırlanması və təqdim edilməsi.